05 Fevral 2025, 22:23
FUTBOL
Portuqaliyalı müdafiəçi Mario Rui karyerasını MLS-də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "A Bola" paylaşıb.
33 yaşlı futbolçu "Dallas"la danışıqlar aparır.
Qeyd edək ki, Mario Rui yayda azad agent kimi "Napoli"dən ayrılıb və o vaxtdan klubsuz qalıb.
O, 2018-ci ilin yanvarından neapolluların heyətində çıxış edib. Rui "Napoli"nin heyətində 227 oyun keçirib, 3 qol vurub və 26 məhsuldar ötürmə edib.