06 Fevral 2025, 00:18
FUTBOL
Amerikanın "Atlanta United" klubu rəsmi internet səhifəsində ingilis "Midlsbro" klubundan hücumçu Emmanuel Latte Latanın transferini elan edib.
Matc.az xəbər verir ki, 26 yaşlı futbolçunun yeni klubu ilə müqaviləsi 2028-ci ilin sonuna kimi nəzərdə tutulub. Müqavilədə onun daha 1 il uzadılması variantı da var.
Transferin dəyəri 21,2 milyon avro təşkil edib ki, bu da MLS tarixində ən bahalı transfer olub. Əvvəlki rekord 2024-cü ilin noyabrında Belçikanın "Serkl Brügge" klubundan hücumçu Kevin Denkinin transferi üçün "Çinçinnati" tərəfindən ödənilən 15,5 milyon avro idi.
Qeyd edək ki, Latte Lat bu mövsüm "Midlsbro"nun heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.