"Valyadolid"in müdafiəçisi Lukas Rosa "Ayaks"a keçib.

Matc.az xəbər verir ki, bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.

Amsterdamlılar 24 yaşlı braziliyalı üçün 3 milyon avro ödəyib. "Ayaks"la müqavilə 2029-cu il iyunun 30-na kimi imzalanıb.

Lukas Rosa "Palmeyras"ın yetirməsidir. O, 2018-ci ilin yayında "Yuventus"un gənclər komandasına keçib. 2 il sonra "Valyadolid"ə transfer olunub.

Rosa İspaniya klubunda 80 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest