“Qarabağ”dan “Flamenqo”ya keçən Juninyo yeni komandasında ilk qoluna imza atıb. Matc.az xəbər verir ki, “sambaçı” siftəni Quanabara Kubokunda edib.

Belə ki, braziliyalı forvard 8-ci turda "Portuquesa" ilə görüşdə adını tabloya yazdırıb. Meydana start heyətdə çıxan Juninyo 37-ci dəqiqədə fərqlənib. “Qarabağ”ın sabiq üzvü 73-cü dəqiqədə isə əvəzlənib.

Qeyd edək ki, matç "Flamenqo"nun 5:0 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest