06 Fevral 2025, 10:18
FUTBOL
"Qalatasaray" heyətini yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sarı-qırmızılılar” "Vulverhempton"da çıxış edən Mario Leminanı transfer ediblər. Qabonlu yarımmüdafiəçi 2023-cü ilin yayından "Vulverhempton"un formasını geyinirdi.
Qeyd edək ki, 31 yaşlı futbolçu 2019/2020 mövsümündə icarə əsasında "Qalatasaray"da çıxış edib.