“Mançester Yunayted” yayda iki futbolçusunu satmağı planlaşdırır. Matc.az xəbər verir ki, bu barədə “Guardian” nəşri məlumat yayıb.

Bildirilib ki, Alexandro Qarnaço və Kobbi Mainu qışda “mankunianlar”ı tərk etməsələr də, bu, yayda baş verə bilər Qarnaçonun dəyəri 50, Mainunun qiyməti isə 55 milyon avrodu.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında 13-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest