Oçiqava karyerasının ən parlaq dönəmini “Sabah”da keçirdiyini bildirib.

Azərbaycanda legioner həyatı yaşayış Zurab Oçiqava karyerasını bitirib. Matc.az xəbər verir ki, gürcü əsilli ukraynalı futbolçu 29 yaşında butslarını mismardan asmaq qərarına gəlib.

Ölkəmizdə “Sabah” və “Qəbələ” klublarında oynamış Oçiqava Ukrayna mətbuatına açıqlamasında tezliklə məşqçiliyə başlayacağını qeyd edib.

Oçiqava karyerasının ən parlaq dönəmini “Sabah”da keçirdiyini bildirib: “Əcnəbi karyeramın ən yaxşı illərini “Sabah”da keçirdim. Bu klub mənə çox şhey verdi. “Sabah”a minnətdaram”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest