“Qarabağ" klubu yeni futbolçusu Kadi Borgesin imzalı formalarını satışa çıxarıb. Matc.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin yaydığı açıqlamada qeyd olunub.

“Köhlən atlılar”a qayıdan “sambaçı”nın imzalı formaları məhdud saydadı. Azarkeşlər həmin formaları Park Bulvar AVM-in 2-ci mərtəbəsində fəaliyyət göstərən "Qarabağ" fan-şopundan əldə edə bilərlər.

"Qarabağ" bugünlərdə Kadi Borgeslə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2023-cü ilin yanvarında “köhlən atlılar”dan “Krasnodar”a keçmiş braziliyalı daha sonra Macarıstanın "Ferensvaroş" klubunda oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest