B qrupunda yer alan U-21 Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq yığmaları ilə mübarizə aparacaq.

Bu gün 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2025-2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.

İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. B qrupunda yer alan U-21 Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq yığmaları ilə mübarizə aparacaq.

2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabrına qədər davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest