06 Fevral 2025, 12:48
FUTBOL
Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, nəticədə yarımfinal cütləri bəlli olub.
Cavab görüşlərində "Zirə" "Star Bakı"nı 8:0 (ilk oyun 7:1), "Galaxy" isə "Sumqayıt"ı 8:3 (0:1) hesabı ilə üstələyib. Digər matçlarda "Göyçə "Aznur"a 1:0 (3:6), "Birbaşa Bakı" isə "Laçın"a 10:1 (13:0) hesabı ilə qalib gəlib.
İki oyunun nəticələrinə əsasən, “Zirə”, ”Galaxy”, “Aznur” və “Birbaşa Bakı” yarımfinalda oynamaq hüququ qazanıb. Finala gedən yolda "Zirə" "Aznur" ilə, "Birbaşa Bakı" isə "Galaxy" ilə münasibətləri ayırd edəcək.
Qeyd edək ki, yarımfinalın ilk oyunları fevralın 12-də keçiriləcək.