“Bavariya”nın fəxri prezidenti Uli Höness “Bayer”in yarımmüdafiəçisi Florian Virtsi komandasında görmək arzusundadı. Matc.az xəbər verir ki, bunu Hönes özü yerli mətbuata açıqlamasında etiraf edib.

O, leverkuzenlilərin pleymeykeri ilə maraqlandıqlarını gizlətməyib: “Əgər Camal Musiala ilə bərabər Virts də “Bavariya”da oynasa, o zaman gələcəyə daha rahat baxa bilərik. O, mütləq diqqət etməli olduğumuz oyunçudu. Bir arzum olsa, deyərdim ki, Florian Virts “Bavariya”ya keçsin. Onun Almaniya millisində Musiala ilə əlaqəsi mükəmməldi. “Bavariya”da da görmək istədiyimiz budu”.

Qeyd edək ki, Florian Virtsin “Bayer”lə müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest