06 Fevral 2025, 15:03
FUTBOL
“İnter” hücumçusu Xoakin Korrea ilə yollarını ayıracaq. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira sosial şəbəkə vasitəsilə məlumat yayıb.
Onun sözlərinə görə, 30 yaşlı argentinalı futbolçu yayda komandanı tərk edəcək. Buna səbəb Korreanın baş məşqçi Simone İnzaqinin planlarına uyğun gəlməməsidi. Bu üzdən oyunçu ilə müqavilə yenilənməyəcək.
Qeyd edək ki, Xoakin Korrea bu mövsüm 5 oyunda ümumilikdə 148 dəqiqə oynayıb.