“Komandamızı müsbət təsir edə biləcək oyunçularla gücləndirmək niyyətimiz var idi. Ancaq bu keçidlərin reallaşmamasına məyusuq”. Matc.az xəbər verir ki, bunu “Arsenal”ın baş məşqçisi Mikel Arteta deyib.
İspaniyalı mütəxəssis qış transfer dönəminin istədiklərini kimi keçmədiyini etiraf edib. O, xüsusən də, hücum xəttinin gücləndirilməsinə ehtiyac duyulduğunu söyləyib: “Futbolçuların zədələri bizə çox pis təsir etdi, nəticədə istədiyimizə nail ola bilmədik. Klub bizim daha yaxşı olmağımıza kömək edəcək futbolçular gətirmək istəyir. “Arsenal”ın hücumda çevikliyə ehtiyacı var. Bəlkə də, zədələrlə əlaqədar başqa şeylər sınamalı olacağıq”.
Qeyd edək ki, hazırda “Arsenal” İngiltərə Premyer Liqasında 50 xalla ikinci pillədə qərarlaşıb.