“Neftçi”nin İdarə Heyətinin üzvü Emin Əmrullayev 2025-26 mövsümündə Misli Premyer Liqasında legioner limitinin ləğv olunmasına münasibət bildirib. Matc.az xəbər verir ki, o, bununla bağlı proqnoz verməyin çətin olduğunu deyib.
E.Əmrullayev limitin ləğvinin nəticələrdən asılı olacağını söyləyib: “Legioner limitinin ləğvi liqanın rəqabətli olmasına və çempionatın səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Yerli futbolçular limitin tətbiqində rahat olurlar. Hər halda, bunu müsbət qərar kimi görürəm. Amma nəticələri birlikdə görəcəyik. Azərbaycan Basketbol Liqasını nümunə gətirmək istəyirəm. Oyunun keyfiyyəti qalxıb”.
Qeyd edək ki, hazırda Premyer Liqada limit “7 legioner + 4 yerli futbolçu” şəklindədi. 2025-26 mövsümündən etibarən legionerlərə limit olmayacaq.