PSJ baş məşqçi Luis Enrike ilə müqaviləni uzadacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "RMC Sport" paylaşıb.

Klubun bu qərarı yaxın günlərdə rəsmən açıqlaması gözlənilir.

54 yaşlı ispaniyalı mütəxəssis 2023-cü ildən PSJ-yə rəhbərlik edir. Bu müddət ərzində o, komanda ilə ölkə çempionu olub, Fransa Kubokunu qazanıb və iki dəfə Fransa Superkubokunun qalibi olub.

Qeyd edək ki, PSJ cari mövsüm 20 turdan sonra 50 xalla Liqa 1-in turnir cədvəlinə başçılıq edirlər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest