İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi açıqlanıb.

Matc.az xəbər verir ki, ötən ayın ən yaxşısı "Bornmut"un çalışdırıcısı Andoni İraola olub.

Mütəxəssis azarkeşlərin səsverməsinə əsasən Pep Qvardiola ("Mançester Siti"), Mikel Arteta ("Arsenal") və Eddi Hounu ("Nyukasl") qabaqlayıb.

Qeyd edək ki, İraolanın komandası ötən ay 4 matçda 3 qələbə qazanıb, bir heç-heçə edib. "Bornmut" Premyer Liqada 40 xalla turnir cədvəlinin yeddinci sırasında qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest