21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Matc.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-21 görüşlərə bu ilin sentyabr ayında start verəcək.

B qrupunda yer alan yığmamız ilk olaraq səfərdə Portuqaliya ilə üz-üzə gələcək.

Millimizin oyunlarının təqvimi:

05.09.2025. Portuqaliya – Azərbaycan

09.09.2025. Azərbaycan – Bolqarıstan

10.10.2025. Çexiya – Azərbaycan

14.10.2025. Azərbaycan – Şotlandiya

18.11.2025. Cəbəllütariq – Azərbaycan

27.03.2026. Azərbaycan – Portuqaliya

31.03.2026. Bolqarıstan – Azərbaycan

25.09.2026. Azərbaycan – Çexiya

30.09.2026. Şotlandiya – Azərbaycan

06.10.2026. Azərbaycan – Cəbəllütariq

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest