07 Fevral 2025, 21:30
FUTBOL
Səudiyyə Ərəbistanı çempionatında 19-cu turun "Əl-Nəsr" – "Əl-Feyha" qarşılaşması başa çatıb.
Matc.az xbr verir ki, komandalar Ər-Riyad şəhərindəki "Əl-Avval Park" stadionunda qarşılaşıblar.
Görüş meydan sahiblərinin 3:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.
Oyunun 22-ci dəqiqəsində "Əl-Nəsr"in heyətində ilk oyununu keçirən hücumçu Con Duran fərqlənib. 72-ci dəqiqədə kolumbiyalı dubla imza atıb. İki dəqiqə sonra isə Kriştiano Ronaldo üçüncü qolu vurub.
Qeyd edək ki, bu qələbədən sonra "Əl-Nəsr"in aktivində 41 xal var. Komanda turnir cədvəlində cədvəlində üçüncü pilləyə yüksəlib. "Əl-Feyha" isə 16 xalla 14-cü yerdə qərarlaşıb.