07 Fevral 2025, 22:29
FUTBOL
"Panatinaikos"un yarımmüdafiəçisi Tonni Vilhena "Alanyaspor"a keçib.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
30 yaşlı niderlandlı futbolçu 2025-ci il iyunun 30-na kimi almaq opsiyonu olmadan icarəyə götürülüb.
Qeyd edək ki, Vilhena "Feyenoord"un yetirməsidir. "Transfermarkt" portalında futbolçunun dəyəri 2 milyon avrodur.