08 Fevral 2025, 00:47
FUTBOL
PSJ baş məşqçisi Luis Enrike ilə müqaviləsinin müddətinin uzadıldığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytın məlumat yayıb.
54 yaşlı mütəxəssisin əvvəlki müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulmuşdu.
Qeyd edək ki, ispan mütəxəssis 2023-cü ilin yayında PSJ-nin baş məşqçisi vəzifəsinə keçib. Bu müddət ərzində o, komanda ilə ölkə çempionu olub, Fransa Kubokunu qazanıb və iki dəfə Fransa Superkubokunun qalibi olub.