"Real" komandasının müdafiə xəttini gücləndirmək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

Bildirilir ki, Madrid klubunun prioriteti "Arsenal"ın mərkəz müdafiəçisi Uilyam Salibadır.

"Topçular" çətin ki, dünyanın ən yaxşı mərkəz müdafiəçisi hesab etdikləri fransızı satmaq istəsinlər. "Arsenal"ın Saliba üçün "Real" onu transfer etməkdən çəkindirəcək qonorar istəməsi gözlənilir.

London klubunun dəhlizlərində 23 yaşlı Salibanın gedəcəyi təqdirdə, tarixin ən bahalı müdafiəçisi olacağı ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, Saliba bu mövsüm klubda 33 matçda 2 qol vurub. "Transfermarkt" portalında futbolçunun dəyərini 80 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest