Transfer çalışmalarını davam etdirən "Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tovuz təmsilçisi Hayderson Hurtado Palomino müqavilə imzalayıb. 29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə bağlanılıb.

Peşəkar karyerasına Braziliyada başlayan kolumbiyalı futbolçu karyerası ərzində Braziliyanın "Genus", "İtarare", "Azuriz", "Parana", Slovakiyanın "Sered", "Skalitsa" klublarının şərəfini qoruyub. Hayderson Hurtado son olaraq Çexiya "Yablonets"inin formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest