"Əl-Nəsr"in 40 yaşlı hücumçusu Kriştiano Ronaldo 16 qolla Səudiyyə Ərəbistanı çempionatının ən sərrast bombardiridir.
"Əl-Nəsr"in 40 yaşlı hücumçusu Kriştiano Ronaldo 16 qolla Səudiyyə Ərəbistanı çempionatının ən sərrast bombardiridir.
Matc.az xəbər verir ki, ikinci yerdə 14 qol vuran 37 yaşlı "Əl-İttihad"ın hücumçusu Kərim Benzema qərarlaşıb. İlk "üçlüy"ü aktivində 12 qolu olan "Əl-Hilal"ın braziliyalı hücumçusu Markos Leonardo tamamlayır.
Ronaldo hazırda karyerasında 924 qol vurub, onlardan 789-u klub səviyyəsində, 135-i isə Portuqaliya millisinin heyətində olub.
Portuqaliyalı hücumçu bu mövsüm bütün turnirlərdə 25 matçda iştirak edib, 23 qol vurub və 4 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 12 milyon avrodur.