Braziliya millisinin sabiq futbolçusu Ronaldo italiyalı mütəxəssis Karlo Ançelottinin Braziliya yığmasının baş məşqçisi olmasını istəyir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Relevo" paylaşıb.

Bildirilir ki, Ronaldo 2026-cı ilin martında Braziliya Futbol Federasiyasının (CBF) prezidenti postuna namizəd olmaq niyyətindədir. O, seçiləcəyi təqdirdə, əla münasibətdə olduğu Ançelottini milliyə dəvət edəcəyinə ümid edir.

Hazırda tərəflər arasında heç bir əlaqə olmayıb. Ronaldonun məqsədi Ançelottinin "Real"dan ayrılıb Braziliya millisini çalışdırmasıdır. 65 yaşlı mütəxəssisin Madrid klubundan qovulacağı və ya onunla müqaviləsi başa çatacağı təqdirdə Braziliya millisinə dəvət ediləcəyi gözlənilir.

Qeyd edək ki, Ançelottinin "Real" ilə hazırkı müqaviləsi 30 iyun 2026-cı ilə qədər nəzərdə tutulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest