08 Fevral 2025, 12:30
FUTBOL
"Arsenal" qış "transfer pəncərəsi" zamanı yayda bir hücumçunun transferi üçün zəmin yaratmağa çalışır.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, "topçular" 4 hücumçu ilə yaxından maraqlanır. London klubu onlardan birini mövsümün sonunda heyətində görmək istəyir.
Bu futbolçular arasında "Vest Hem"də icarə əsasında çıxış edən 20 yaşlı Evan Ferqyuson, "Botafoqo"nun 23 yaşlı hücumçusu İqor Xesus, "Nyukasl"ın 25 yaşlı hücumçusu Aleksandr İsak və "Leypsiq"in 21 yaşlı futbolçusu Benjamin Sesko var.
Adları qeyd edilən futbolçulardan İsakın transferinin "Arsenal" üçün ən problemli ola biləcəyi vurğulanır.