08 Fevral 2025, 13:24
FUTBOL
"Real"ın klub televiziyası Madrid təmsilçisinə qarşı hakimlik qərarlarının sayı ilə bağlı statistik məlumat yayıb.
Matc.az xəbər verir ki, İspaniyada videotəkrar sistemi fəaliyyətə başlayandan bəri "Real"ın meydana çıxdığı oyunlarda 109 dəfə VAR tətbiq edilib. VAR 41 dəfə "Kral klubu"nun lehinə, 68 dəfə isə əleyhinə qərar verib.
İspaniya nəhənginin televiziyası "Real"ın VAR qərarlarının mənfi 27 saldo olduğunu vurğulayıb. Bununla belə, madridlilərin əsas rəqibləri - "Barselona" və Madrid "Atletiko"sunda müsbət saldo var. Bu göstərici Kataloniya klubunda müsbət 4, "Atletiko"da isə müsbət 9-dur.