"Real"ın baş məşqçisi Karlo Ançelotti 39 yaşlı yarımmüdafiəçisi Luka Modriçə daha çox oyun vaxtı verməyin tərəfdarıdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Relevo" paylaşıb.

Bildirilir ki, italiyalı mütəxəssis yarımmüdafiəçinin daha müntəzəm oyun praktikası əldə etmək istədiyini bilir. Öz növbəsində, Ançelotti Modriçin daha əvvəl komandada itirdiyi lider mövqelərini yenidən qaytarmasını istəyir.

Ançelottinin fikirlərinin əksinə olaraq, "Kral Klubu"nun prezidenti Florentino Peres və bir sıra digər rəhbərlik nümayəndələri xorvatiyalı futbolçunun önəmini qeyd etməklə yanaşı, onun artıq mühüm matçlarda əsas fiqur ola bilməyəcəyinə inanırlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest