Sabah Misli Premyer Liqasında XXII tura start veriləcək.

Matc.az xəbər verir ki, ölkə kubokunun oyunlarından sonra turun ilk görüşü bazar gününə təsadüf edir.

Turun açılış qarşılaşması Şamaxıda baş tutacaq. "Şamaxı" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Saat 14:30-da start götürəcək oyunu Rəvan Həmzəzadə idarə edəcək.

Günün digər qarşılaşmasında "Turan Tovuz" səfərdə "Sabah"la üz-üzə gələcək. Start fiti 17:00-da veriləcək görüşün baş hakimi İnqilab Məmmədovdur.

"Araz-Naxçıvan" – "Kəpəz" (16:00), "Zirə" – "Neftçi" (19:00) görüşləri 10 fevral, bazar ertəsi keçiriləcək.

Tura 11 fevral, saat 19:00-da baş tutacaq "Qarabağ" – "Səbail" matçı ilə yekun vurulacaq.

  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest