08 Fevral 2025, 15:42
FUTBOL
"Barselona"nın keçmiş müdafiəçisi Jerar Pike "Real"ın İspaniya Kral Futbol Federasiyasına (RFEF) La Liqanın 22-ci turunun "Espanyol"la oyununda (0:1) hakimlik ilə bağlı rəsmi şikayət ərizəsindən danışıb.
Matc.az xəbər verir ki, o, Madrid klubunun bu addımını tənqid edib.
"Biz bu hekayəni əvvəllər milyon dəfə yaşamışıq. 120 ildir ki, bununla yaşayırıq. Belə işlər "Real"ın üslubundadır. Qalib gələ bilməyəndə bütün mexanizmlərdən, bütün mediadan istifadə edərək diqqətləri başqa yönə yayındırılar. Bu həmişə belə olub. Bundan əziyyət çəkən, daha çox təzyiq altında olan ancaq hakimlər olacaq".