08 Fevral 2025, 17:46
FUTBOL
"Mançester Siti"nin yeni trasnferi, yarımmüdafiəçisi Niko Qonzalesin debütü uğursuz alınıb.
Matc.az xəbər verir ki, o, hazırda davam edən İngiltərə Kubokunun 1/16 finalının "Leyton Orient"ə (1:1) qarşı görüşün 22-ci dəqiqəsində zədə alıb.
İspan futbolçu meydanın mərkəzində rəqibin hücumçusu Sonni Perkinslə toqquşduqdan sonra axsamağa başlayıb və əvəzlənib.
Qeyd edək ki, "Mançester Siti" fevralın 4-də Qonzalesin "Portu"dan transferini elan edib. Futbolçunun klubla müqaviləsi 2029-cu ilə qədərdir.