08 Fevral 2025, 18:25
FUTBOL
"Neftçi" növbəti transferini həyata keçirib.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Seneqal əsilli ingiltərəli hücumçu Bassala Sambu artıq "Neftçi" ailəsinin üzvüdür.
9 nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.
Karyerasına İngiltərədə başlayan Sambu "Koventri" klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə "Everton"la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub.
Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı "Randers"lə Danimarka kubokunu qazanıb. Sonuncu klubu "Enosis Neon Paralimni"nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.