08 Fevral 2025, 19:04
FUTBOL
"Trabzonspor" "Qaziantep"dən Mustafa Eskihellaçı transfer etdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Trabzonspor" sol cinah müdafiəçisi üçün iki dəfəyə olmaq şərti ilə ümumilikdə 15 milyon TL təzminat ödəyəcək.
27 yaşlı futbolçu ilə 2,5+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mustafa Eskihellaç bu mövsüm "Qaziantep"in heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.