08 Fevral 2025, 19:46
FUTBOL
Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadənin Türkiyənin "Tuzlaspor" klubuna qarşı məhkəmə işi uğurla yekunlaşıb.
Matc.az xəbər verir ki, bu barədə oyunçunun hüquqlarını müdafiə edən vəkil Elcan Həsənli sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, FİFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən, Həsənalızadəyə klub tərəfindən təzminat ödənilib.
Qeyd edək ki, Həsənalızadə 2023/2024 mövsümündə "Tuzlaspor"un şərəfini qoruyub və 20 oyunda 1 qol dəfə fərqlənib.