Türkiyə Superliqasının lideri "Qalatasaray" sabah doğma meydanda "Adana Dəmirspor"la qarşılaşacaq.
Matc.az xəbər verir ki, "RAMS Parkd"a keçiriləcək 23-cü turun qarşılaşması saat 20.00-da start götürəcək.
Ötən tur "Qaziantep" matçında sarı vərəqə alaraq cəzalanan Fernando Muslera, Lukas Torreira, Barış Alper Yılmaz və Abdülkərim Bardakcı "mavi-lacivətlilər"ə qarşı oynaya bilməyəcək.
Bununla yanaşı, zədəsi davam edən seneqallı sol cinah müdafiəçisi Yakobs və ağır zədə səbəbindən mövsümü başa vuran Mauro İkardi komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "sarı-qırmızılılar" cari mövsüm 21 oyun keçirib, 18 qələbə qazanıb və 3 heç-heçə edib. Yoluna məğlub olmadan davam edən "Qalatasaray" ən yaxın izləyicisi "Fənərbaxça"nı 6 xal qabaqlayaraq 57 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.