09 Fevral 2025, 10:10
FUTBOL
Fransa millisinin və "Real"ın futbolçusu Kilian Mbappe tarixi rekorda imza atıb. 26 yaşlı hücumçu futbol tarixində "qol+ötürmə" sistemində 500 xal toplayan ən gənc oyunçu olub.
Fransa millisinin və "Real"ın futbolçusu Kilian Mbappe tarixi rekorda imza atıb.
Matc.az xəbər verir ki, 26 yaşlı hücumçu futbol tarixində "qol+ötürmə" sistemində 500 xal toplayan ən gənc oyunçu olub.
O, bunu La Liqanın XXIII turunda "Atletiko"ya qarşı qarşılaşmada (1:1) qol vurmaqla reallaşdırıb.
Qeyd edək ki, bu yaşda Neymar 492, Lionel Messi 486, Kriştianu Ronaldu isə 302 xal toplamışdı.