09 Fevral 2025, 10:24
FUTBOL
San Pedro Sulada (Honduras) Amerikanın "İnter Mayami" klubu ilə yerli "Olimpia" arasında yoldaşlıq oyunu keçirilib.
Matc.az xəbər verir ki, oyun qonaqların 5:0 hesablı darmadağınlı qələbəsi ilə başa çatıb.
Qalib komandanın qollarını Federiko Redondo Solari, Noa Allen, Rayan Seylor, Lionel Messi və Luis Suares vurub. Uruqvaylı ulduz futbolçu Messinin qoluna ötürmə də verib.
Xatırladaq ki, "İnter Mayami" ilk rəsmi oyununu fevralın 19-da "Sportinq Kanzas Siti" ilə keçirəcək. Növbəti oyun fevralın 22-də "Nyu-York Siti" ilə olacaq. Bu görüş MLS-in yeni mövsümündə komandanın ilk oyunu olacaq.