"Liverpul"un niderlandlı müdafiəçisi Vircil van Deyk "Barselona"nın maraq dairəsinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Bildirilir ki, İspaniya nəhəngi müqaviləsi 2025-ci ilin yayında başa çatacaq 33 yaşlı futbolçunu transfer etmək istəyir. Müqavilənin baş tutması üçün kataloniyalılar çox güman ki, bir neçə Premyer Liqa klubunun diqqətini çəkən uruqvaylı Ronald Arauxodan qurtulmalı olacaq.

Qeyd edək ki, Vircil van Deyk bu mövsüm 32 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalndaı futbolçunun dəyərini 28 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest