İspaniya La Liqasının 23-cü turunda keçirilən "Real" – "Atletiko" oyunu Madrid klubunun futbolçusu Luka Modriç üçün əlamətdar olub.

Matc.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi bu görüşdə meydana çıxmaqla derbidə 40-cı oyununu keçirib.

Modriç legionerlər arasında Madrid derbisində ən çox iştirak edən futbolçu olub. Bundan əvvəlki rekord 39 oyunla Kərim Benzemada idi.

Qeyd edək ki, 39 yaşlı Modriç 2012-ci ildən "Real"da çıxış edir. O, bu mövsüm İspaniya klubunda 35 oyuna 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest