"Real"ın və "Yuventus"un sabiq yarımmüdafiəçisi Sami Kedira "Kriştiano Ronaldo, yoxsa Lionel Messi daha güclü futbolçudur" sualını cavablandırıb.
Matc.az xəbər verir ki, o, seçimin Ronaldo olduğu, lakin Messiyə də hörmətlə yanaşdığını deyib:
"Mənim nöqteyi-nəzərimə görə, bu, Kriştianodur. Messiyə qarşı heç bir hörmətsizlik etmək istəmirəm. Onun ABŞ-da əldə etdiyi və etməkdə davam etdiyi nailiyyətlər heyrətamizdir. Bununla belə, mən Kriştianonu tanıyıram, çünki onunla 7 il "Real"da və "Yuventus"da oynamışam. Mən onu yaxşı tanıyıram, ona görə də mən 100% Ronaldonun tərəfindəyəm, amma Messiyə də hörmət edirəm".
Qeyd edək ki, Kedira və Ronaldo 2010-2015-ci illərdə Madri "Real"ında, 2018-2021-ci illərdə isə "Yuventus"da çıxış ediblər.