"Mançester Yunayted"in sabiq futbolçusu Rayan Giqqz "qırmızı şeytanlar"ın rəhbərliyini 10 il ərzində səhv qərarlar verməkdə ittiham edib.

Matc.az xəbər verir ki, Giqqz baş məşqçi Ruben Amorimə dəstək verməyə çağırış eidb.

"Hər bir işdə olduğu kimi, kadr seçimi düzgün aparılmalıdır, lakin "Mançester Yunayted"də son 10 ildə belə olmayıb. Biz bir-birinin ardınca səhv qərarlar verdik. İndi sual budur ki, Amorim ona lazım olan oyunçuları, ehtiyacı olan dəstəyi və ən əsası, vaxtı əldə edib-etməyəcək.

Hazırda pis vəziyyətdəyik, amma ilk növbədə onu deyim ki, məşqçini çox bəyənirəm. Vaxt və şans verilsə, Amorim komandanın əvvəlki şöhrətini qaytaracaq. Amma biz indi bundan çox uzağıq".

Qeyd edək ki, keçirilən 24 oyundan sonra "Mançester Yunayted" 29 xalla Premyer Liqanın turnir cədvəlində 13-cü yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest