09 Fevral 2025, 14:08
FUTBOL
"Jirona"nın müdafiəçisi Migel Qutyerres Premyer Liqaya keçə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Todofichajes" paylaşıb.
Bildirilir ki, "Liverpul" 23 yaşlı müdafiəçinin transferində maraqlıdır. Mersisaydlılar bu yay ispaniyalını almağa çalışacaqlar. Transfer qiyməti 35 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki,Qutyerresin "Jirona" ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.