"Turan Tovuz" tezliklə əvvəlki illərdə olduğu kimi "Turan" futbol klubu olacağını bilirsiz. Yəni klub əvvəlki adına qayıdacaq.

"Turan Tovuz" tezliklə əvvəlki illərdə olduğu kimi "Turan" futbol klubu olacağını bilirsiz. Yəni klub əvvəlki adına qayıdacaq.

Matc.az xəbər verir ki, bununla bağlı, rəhbərlik də anons vermişdi.

Artıq bu istiqamətdə əməli işlərə başlanılıb. Belə ki, klubun Tovuz şəhər stadionu ərazisində yerləşən futbol akademiyasının binası üzərində "Turan" futbol klubu yazılıb.

Bu isə o deməkdir ki, Tovuz klubu artıq bundan sonra əvvəlki kimi "Turan" adlanacaq.

Qeyd edək ki, yazı akademiyanın üzərinə ötən gün vurulub. Komanda rəhbərliyi məsələ ilə bağlı Ədliyyə Nazirliyinə də müraciət edib.

Ümumiyyətlə isə 10 oktyabr 2014-cü ilə qədər klubun adı "Turan" olub. Həmin tarixdən sonra klub "Turan Tovuz"a çevrilib.

Xatırladaq ki, üzərinə yeni ad həkk olunan akademiya binasının fevralın 14-də açılması gözlənilir.

(Sportfm.az)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest