"Barselona"nın 21 yaşlı yarımmüdafiəçisi Fermin Lopez qış "transfer pəncərəsi"ndə "Mançester Yunayted" və "Aston Villa"ya keçməkdən imtina edib.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat paylaşıb.

Bildirilir ki, hər iki klub ispaniyalı futbolçunun transferi üçün Kataloniya təmsilçisinə 70 milyon avro ödəməyə hazır idi, lakin o, bu təkliflərin heç birini qəbul etməyib. Lopez "Barselona"da uğur qazanmaqda israr edir.

Qeyd edək ki, Lopez "Barselona" akademiyasının məzunudur. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 24 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

21 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest