09 Fevral 2025, 18:10
FUTBOL
Türkiyənin Elazığ bölgəsində "Vanspor"un komanda avtobusu daşlı hücuma məruz qalıb.
Matc.az xəbər verir ki, hadisə Türkiyə II Liqasının 21-ci turunda baş tutan "Elazığspor" – "Vanspor" (2:1) oyunundan sonra baş verib.
Hadisə zamanı avtobusda olan 3 nəfər yaralanıb.
Hücumla bağlı Elazığ valisi Numan Hatipoğlu açıqlama verib:
"Meydanda baş verənlər meydanda qalmalı, idmanın birləşdirici və qardaşlığı gücləndirən ruhundan yayınmamalıdır. Ancaq təəssüf ki, "Vanspor"un şəhərimizdən ayrılması zamanı heç istəmədiyimiz daşqalaq hadisəsi baş verdi"