09 Fevral 2025, 18:26
FUTBOL
"Atletiko" "Kristal Pelas"ın 27 yaşlı hücumçusu Jan-Filip Mateta ilə maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
Bildirilir ki, Madrid klubunun baş məşqçisi Dieqo Simeone komandanın hücum xəttini gücləndirmək istəyir və Matetanı 33 yaşlı Antuan Qrizmannın potensial əvəzləyicisi hesab edir. Hazırda "Kristal Pelas"ın fransalı futbolçunun qiyməti ilə bağlı qərar vermədiyi vurğulanır.
Qeyd edək ki, Mateta bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 13 qol vurub və 2 məhsuldar ötürmə edib.
27 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 20 milyon avrodur.