Türkiyə Superliqasında XXIII turunda turnir cədvəlinin lideri ilə sonuncusu üz-üzə gəlib.

Matc.az xəbər verir ki, "Qalatasaray" doğma meydanda "Adana Dəmirspor"u qəbul edib.

Oyunda hesabı meydan sahibləri açıb. Yeni transfer Alvaro Morata 12-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Qarşılaşmanım 30-cu dəqiqəsində qonaq komanda oyunu yarımçıq dayandıraraq meydanı tərk edib. "Qalatasaray" 15 dəqiqə gözlədikdən sonra oyun təxirə salınıb.

Türkiyə mediyasında yer alan xəbərlərə görə, "Adana Dəmirspor"un bu addımına səbəb, görüşün 12-ci dəqiqəsində qapısına təyin edilən penaltiyə etirazı olduğu bildirilir.

Qeyd edək ki, "Adana Dəmirspor" 5 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. "Qalatasaray" isə 57 xalla liderdir.

Adana təmsilçisinə meydandan çəkildiyinə görə texniki məğlubiyyət veriləcəyini nəzərə alsaq, İstanbul klubunun xalı 60-a yüksələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest