10 Fevral 2025, 00:29
FUTBOL
İngiltərə kubokunun 1/16 finalının oyunları keçirilir.
Matc.az xəbər verir ki, "Liverpul" səfərdə "Plimut Arqayl"la qarşılaşıb.
Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün taleyini həll edən qolu oyunun 53-cü dəqiqəsində Hardi peniltidən vurub.
Beləliklə, "Liverpul" turnirdə mübarizəsini dayandırıb.
Qeyd edək ki, ötən gün "Çelsi" də səfərdə "Brayton"na uduzaraq mübarizədən kənarda qalıb.