Salvatore Bokçetti "Monza"nın baş məşqçisi vəzifəsindən qovulmaq ərəfəsindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı nüfuzlu insayder Canluka Di Marzio paylaşıb.

Bildirilir ki, klub rəhbərliyi Bokçettinin istefası ilə bağlı artıq qərar verib və mövsümə komandanın "sükanı arxasında" başlayan Alessandro Nestanın yenidən bu vəzifəyə qaytarılması imkanını nəzərdən keçirir.

Qeyd edək ki, Bokçetti ötən ilin dekabrın 23-dən "Monza"ya başçılıq edir. İtaliyalı mütəxəssis klubla 2027-ci ilin iyununa qədər müqavilə imzalayıb. Onun rəhbərliyi altında keçirilən 7 görüşdə komanda 6 məğlubiyyət alıb və cəmi 1 qələbə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest