Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləsini uzadıb.
Portuqaliyalı hücumçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə müqaviləsini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Nikolo Şira X sosial şəbəkəsində paylaşıb.
Bildirilir ki, 40 yaşlı futbolçunun klubla yeni müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Müqavilənin uzadılması rəsmi olaraq yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, Ronaldo hazırda karyerasında 924 qol vurub, onlardan 789-u klub səviyyəsində, 135-i isə Portuqaliya millisinin heyətində olub. Bu mövsüm hücumçu bütün turnirlərdə 25 matçda iştirak edib, 23 qol vurub və 4 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalında futbolçunun dəyəri 12 milyon avrodur.