10 Fevral 2025, 09:39
FUTBOL
Superliqaya yüksəlməyi hədəfləyən “Çorum” rəhbərliyi Diniyevin sayəsində orta sahəni gücləndirdiyinə inanır. Komanda hazırda pley-offa vəsiqə verən 7-ci yerdədi.
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev Türkiyədə karyerasını davam etdirəcək. Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bu dəfə fərqli komandada oynayacaq.
Belə ki, o, “Bandırmaspor”dan I Liqanın digər iştirakçısı olan “Çorum”a keçib. Superliqaya yüksəlməyi hədəfləyən “Çorum” rəhbərliyi Diniyevin sayəsində orta sahəni gücləndirdiyinə inanır. Komanda hazırda pley-offa vəsiqə verən 7-ci yerdədi.
Qeyd edək ki, Coşqun Diniyev “Bandırmaspor”dan əvvəl ötən mövsüm “Ümraniyespor”un formasını geyinib.